Azərbaycan Premyer Liqasının III turunda "Neftçi" öz meydanında "Kəpəz"lə heç-heçə edib - 0:0.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçi əvəzi olan Elşad Əhmədov matç haqda fikirlərini səsləndirib.
O, görüş haqda bunları deyib: "Bu gün oyun maraqlı keçdi. Rəqib də sona qədər mübarizə apardı. Biz iki gündü birlikdəyik və çox şey tələb edə bilməzdim. Bəlkə də bəxtimiz gətirmədi.
Qalib gəlməyi çox istərdik. Əsas komandanın işinə heç vaxt qarışmamışam və burda yeniyəm. İndi onu deyə bilərəm ki, fiziki hazırlıqda problem var. 60-cı dəqiqədən sonra yorğunluq hiss olunur. 8 komandalı çempionatda azı 4-cü yeri tutmaq olar. Amma daha çox işləmək lazımdı".
Fanat.Az