"Neftçi"nin istədiyi legioner təsdiqlədi:"Bəli, təklif almışam..."

"Neftçi"nin istədiyi legioner təsdiqlədi:"Bəli, təklif almışam..."

“Etiraf edim ki, Azərbaycan klublarından təklif almışam. Amma adını açıqlamağım düzgün alınmaz”. Bu sözləri Fanat.Az-a açıqlamasında hazırda vətənində olan Nika Kvekveskiri deyib.

“Qəbələ”ylə olan müqaviləsinin müddəti başa çatan Nika  “qırmızı-qaralar”la yeni müqavilə imzalamayacağı halda, digər təklifləri dəyərləndirəcəyini söyləyib:  “Qəbələ”də oynamaq ürəyimcədi. Öncə formasını geyindiyim klubla danışacam. Digər təklifləri hələ müzakirə etmək istəmirəm”.

Qeyd edək ki, Kvekveskiri “Neftçi”nin transfer siyahısındadı. Gürcü yarımmüdafiəçinin oyun üslubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da xoşuna gəlir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər