"Neftçi"nin futbolçusu rəsmən "Qarabağ"da

"Neftçi"nin futbolçusu rəsmən "Qarabağ"da

"Neftçi"nin futbolçusu Elvin Bədəlovun Avstriyanın paytaxtını təmsil edən "Qarabağ" klubuna transferi barədə məlumat vermişdik. Fanat.Az xəbər verir ki, Vyana təmsilçisi artıq transferi rəsmən açıqlayıb.

2017/18 mövsümündə Avstriyanın Şərq Regional Liqasında çıxış edəcək "Qarabağ" Elvinlə 1+1 illik müqavilə imzalayıb.

Avstriyanın paytaxtı Vyananı təmsil edən komanda 2014-cü ildə yaradılıb və sürətli inkişaf yolu keçib. 2015/16 mövsümündə 2-ci Landesliqanın və Vyana kubokunun qalibi olan "Qarabağ" ötən mövsümü 1-ci Landesliqanın çempionu kimi tamamlayıb. 2017/18 mövsümündə komanda Regional Liqanın Şərq zonasında çıxış edəcək.

"Zenit"in yetirməsi olan Elvin 2014-cü ildə "Neftçi"yə transfer olunub. O, paytaxt klubunun heyətində 59 rəsmi oyuna çıxıb və 1 qol vurub. O, U-17, U-19 və U-21 yığmalarımızda oynayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər