"Neftçi"nin əvəzedici heyətinin futbolçusu İspaniya ilə oyuna çağırıldı

"Neftçi"nin əvəzedici heyətinin futbolçusu İspaniya ilə oyuna çağırıldı

Makedoniya yığmasının "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində İspaniyaya qarşı oyun üçün heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, siyahıda 21 futbolçunun adı yer alıb.

Onlardan biri də "Neftçi"nin müdafiəçisi Vançe Şikovdu. O, noyabrın 12-də İspaniyada keçiriləcək qarşılaşmada meydana çıxmaq şansı qazana bilər.

Qeyd edək ki, Şikov "Neftçi"də inamsız təsir bağışladığı üçün bir müddət öncə baş məşqçi Elxan Abdullayev tərəfindən əvəzedici komandaya göndərilib.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər