"Neftçi"nin braziliyalısı nə vaxt gələcək?- SON DURUM

"Neftçi"nin braziliyalısı nə vaxt gələcək?- SON DURUM

Avrokuboklardan kənarda qalan "Neftçi" yeni mövsümə rəqabətədavamlı heyətlə başlamaq istəyir. Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Elxan Abdullayev Cənubi Amerika bazarına üz tutub.

Bu yay transferlər barədə şəxsən qərar verən Abdullayev (rəhbərlik bütün məsuliyyəti öz üzərinə götürdüyü üçün ona belə şərait yaradıb) braziliyalı mərkəz yarımmüdafiəçisi axtarışındadı. Ona təklif edilən "sambaçılar"ın səviyyəsi isə hələ mütəxəssisi qane etmir. Elxan bəy menecerlərdən "Qarabağ"ın və millimizin yarımmüdafiəçisi Riçard Almeyda sambalda oyunçu istəyib. Özü də "Neftçi"nin verə biləcəyi məvacib qarşılığında. Axtarışlar sürdürülür. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər