"Neftçi"nin baş məşqçisi kim olacaq? - Rəsmən açıqlandı

"Neftçi"nin baş məşqçisi kim olacaq? - Rəsmən açıqlandı

“Neftçi” baş məşqçi Elxan Abdullayevlə müqavilənin müddətini artırıb. Fanat.Az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Klubla mütəxəssis arasında 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, E.Abdullayevin rəhbərliyi altında "Neftçi" bu mövsüm Premyer Liqada 8 komanda arasında 7-ci yeri tutub. Mövsümün gedişatında baş məşqçi ilə azarkeşlər arasında bir neçə dəfə narazılıq yaranıb. Bəzi azarkeşlər Elxan Abdullayevi istefaya çağırıb, məşqçi isə onları "xuliqan" adlandırıb.

Azarkeşlərin komandanın uğursuz çıxışlarına etiraz etməsinə baxmayaraq, klub rəhbərliyi baş məşqçiyə dəstək olduğunu bəyan edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər