"Neftçi"nin baş məşqçisi kim olacaq? - İDDİA

"Neftçi"nin baş məşqçisi kim olacaq? - İDDİA

Elxan Abdullayevin istefasından sonra "Neftçi" baş məşqçisiz qalıb. Rəhbərlik komandanı müvəqqəti olaraq əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədova tapşırıb. O, komandanı avqustun 25-də "Kəpəz"lə oyuna çıxardacaq. 

"Neftçi"yə yeni baş məşqçinin təyin edilməməsi müxtəlif xəbərlərin yayılmasına səbəb olur. Hər gün bu posta yeni namizədlərin adı açıqlanır. Bunlardan bəziləri klub rəhbərliyinin maraq dairəsində olan mütəxəssislər olsa da, bəziləri şaiyədən başqa bir şey deyil.

Bu gün daha bir iddia ortaya atılıb. Fanat.Az-a məlumat verən mənbə bildirib ki, "Neftçi"nin yeni baş məşqçisi Şahin Diniyev olacaq. Xəbəri başqa mənbələrdən dəqiqləşdirmək imkanımız olmasa da, məlumatı verən şəxs onun dəqiq olduğunu israr edir.

Onun iddiasına görə, təyianat "Neftçi" - "Kəpəz" oyunundan sonra reallaşacaq. Matçdan sonra istefa verəcək Şahin Diniyev "ağ-qaralar"ın başına keçəcək.

"Neftçi"nin baş məşqçisi kim olacaq? - İDDİA

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər