"Neftçi"nin baş məşqçi planı- ÖZƏL

"Neftçi"nin baş məşqçi planı- ÖZƏL

Elxan Abdullayevin gedişindən sonra "Neftçi"nin əsas komandasında həmkarını əvəzləyən Elşad Əhmədov postunda qalacaq. Fanat.Az xəbər verir ki, rəhbərlik klubun əvəzedici komandasının da baş məşqçisi olan Əhmədova şans vermək niyyətindədi.

Belə ki, "ağ-qaralar" menecerlərin təklif etdiyi bir neçə baş məşqçidən imtina edib və hazırda Bakı təmsilçisi yeni mütəxəssis axtarışında deyil. Ölkənin istedadlı məşqçilərindən sayılan, buna rəğmən, indiyədək elita səhnəsində sözünü demək şansı qazanmayan çalışdırıcı qarşıdakı oyunlarda iş başında olacaq. Onun qış fasiləsinədək fəaliyyətini eyni qaydada sürdürməsi planlaşdırılır. Ümidləri doğruldacağı, halda əsas komandada qalacaq. "Dubl" isə başqa çalışdırıcıya həvalə ediləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər