"Neftçi"nin 2 futbolçusu cəzalandı, "Zirə" cərimləndi

"Neftçi"nin 2 futbolçusu cəzalandı, "Zirə" cərimləndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının V turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verib.

"Zirə" ilə oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulan "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov bir oyunluq cəzalandırılıb, klub 200 manat cərimə edilib. "Zirə" isə 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimələnib.

Əvəzedici heyətlərin çempionatının "Neftçi" - "Zirə" matçının 81-ci dəqiqəsində isə "Neftçi"nin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Onun cəzası 2 oyun olub. Klub buna görə 800 manat cərimə olunub.

"İnter"in əvəzedici komandasının futbolçusu Murad Qayalı "Sumqayıt"la oyunun 83-cü dəqiqəsində ikinci sarı vrəqəni alaraq meydandan kənarlaşdırılıb. AFFA onu bir oyunluq cəzalandırıb, klubu 100 manat cərimə edib. "Sumqayıt" isə 5 futbolçusu sarı vərəqə aldığından 400 manat cərimə ödəyəcək.

Əvəzecidilərin çempionatının "Səbail" - "Qəbələ" oyununu video yazısı təqdim olunmadığı üçün meydan sahibləri 400 manat cərimlənib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər