"Neftçi"dən ayrılan futbolçu rəsmən Rusiya klubunda

"Neftçi"dən ayrılan futbolçu rəsmən Rusiya klubunda

"Neftçi"dən ayrılan Georgi Navalovskinin yeni klubu rəsmən müəyyənləşib. Fanat.Az xəbər verir ki, gürcü müdafiəçi Rusiyanın "SKA-Xabarovsk" klubuna keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Navalovski Rusiya klubuna azad agent kimi keçib. Bununla da o, üçüncü dəfə "SKA-Xabarovsk"ın formasını geyinmək imkanı qazanıb. Belə ki, gürcü futbolçu 2013-2014 və 2016-cı ilərdə bu komandada çıxış edib. 

Qeyd edək ki, Navalovski 2016/17 mövsümünün ikinci yarısında Yunanıstanın "Veria" klubundan "Neftçi"yə gəlmişdi. O, "ağ-qara" formanı 16 oyunda geyinib və 1394 dəqiqə meydanda olub. Gürcüstan millisinin üzvü 2010-cu ildə icarə əsasında "İnter"də çıxış edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər