"Neftçi"dən ayrılan futbolçu A Seriyasında

"Neftçi"dən ayrılan futbolçu A Seriyasında

“Neftçi”dən ayrılan Denilson Pereyranın yeni iş yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu karyerasını Braziliyanın A Seriyasında davam etdirəcək.

Müqavilə ilə “Fluminense”yə məxsus olan Denilson “Avai”a icarəyə verilib. Bu komanda 2016-cı ildə B seriyasında 2-ci olduğu üçün yüksək liqaya vəsiqə əldə edib. 

Qeyd edək ki, yayda "Neftçi"nin “Fluminense”dən icarəyə götürdüyü futbolçu 9 rəsmi oyunda "ağ-qara" formanı geyinib və 1 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər