"Neftçi"dən absurd addım: "İstefa" şüarına görə onu qovdular

"Neftçi"dən absurd addım: "İstefa" şüarına görə onu qovdular

“Neftçi” klubu azarkeşlərlə iş üzrə əlaqələndiricisi Kənan Hənifəyevi tutduğu vəzifədən uzaqlaşdırıb. Fanat.Az xəbər verir ki, bu haqda “Neftçi” azarkeşlərinin "Feysbuk" səhifəsində məlumat verilib. 

Onun vəzifəsindən azad edilməsinə səbəb kimi Topaz Premyer Liqanın XXIV turunun “Sumqayıt”a qarşı matçında bəzi azarkeşlərin klub rəhbərliyini və məşqçi heyətini istefaya səsləməsi səbəb olub.

Qeyd edək ki, "Neftçi" "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub. Bununla da bakılıların Premyer Liqada bu mövsümü medalsız başa vuracağı qətiləşib.

“Bəli, artıq son iki məğlubiyyətin günahkar tapılıb və bundan sonra komandamız “qələbələri sıralayacaq”. Demə, ən böyük günahkar klubumuzun azarkeşlər üzrə kordinatoru Kənan Hənifəyev imiş. Bəli, dünən (srağagün – red.) məhz onun meydana buraxdığı 11-lik azarkeşlərimizi məyus etdi. Məhz Kənan qapıya Baykoviçi deyil, Vaylonu qoymuşdu. Hətta bu da azdır. 2-ci hissədə Kənan meydana çıxmalı, Cavidin göyqurşağına göndərdiyi topu ordan endirib Fərhadın qapısından keçirməli idi. Bax budur bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik” - deyə “Neftçi” azarkeşlərinin "Feysbuk" səhifəsindəki paylaşımda bildirilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər