"Neftçi"dən 3 transfer - ADLAR

"Neftçi"dən 3 transfer - ADLAR

"Neftçi" "İnter"in 3 futbolçusunu transfer edir. Fanat.Az xəbər verir ki, bu barədə "İnter"in baş məşqçisi Zaur Svanadze məlumat verib:

"Eşitdiyimə görə, Səlahət Ağayev artıq “Neftçi” ilə müqavilə bağlayıb. Nizami Hacıyev də 99,9 faiz “Neftçi”də çıxış edəcək. Tərlan Quliyev də böyük ehtimalla, “Neftçi”yə keçəcək, o da bu klubdan təklif alıb. Uşaqlara təşəkkür edirəm".

Qeyd edək ki, Tərlan Quliyev 2009-2014-cü illərdə "Neftçi"də çıxış edib. O, "İnter"dən başqa "Sumqayıt", "Qarabağ" və "Kəpəz"in formasını geyinib.

Nizami Hacıyev indiyədək "Olimpik" (indiki AZAL), "Xəzər Lənkəran" və "Qəbələ"də çıxış edib. Səlahət Ağayev isə "İnter"dən əvvəl MOİK və "Sumqayıt"ın qapısını qoruyb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər