“Neftçi”də yeni məşqçi təyinatı reallaşıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçılarla işləyən məşqçi Dmitri Kramarenkonu bir müddət öncə yola salan “ağ-qaralar” onun əvəzinə Rauf Salamovu gətirib.
49 yaşlı mütəxəssis bu komanda üçün yad sima deyil. Belə ki, o, 1994-1996 və 1998-1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.
Fanat.Az