"Neftçi"də ukraynalını ukraynalı əvəzləyəcək

"Neftçi"də ukraynalını ukraynalı əvəzləyəcək

Elxan Abdullayevin yeni köməkçisi ukraynalı olacaq. Fanat.Az-a məlumatı verən mənbə mütəxəssisin adını açıqlamasa da, "Neftçi"nin çalışdırıcısının tanıdığı məşqçini bu ay yanına gətirməkdə qərarlı olduğunu bildirib.

Ukraynalı Andrey Deriberin, İqor Getman və Dmitri Kramarenkonun gedişindən sonra Novruz Əzimov köməkçi - məşqçi, Rauf Salamov qapıçılarla iş üzrə məşqçi qismində "Neftçi"yə gətirilib. Əzimovun Getmanın, Salamovun Kramarenkonun yerinə gətirildiyini nəzərə alsaq, ukraynalını ukraynalı əvəzləyəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər