"Neftçi" yetirməsini qaytaracaqmı?- SON DURUM

"Neftçi" yetirməsini qaytaracaqmı?- SON DURUM

“Neftçi”nin Elvin Yunuszadəni geri qaytarmaq planı baş tutmaya bilər. Fanat.Az xəbər verir ki, “Qarabağ”la olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatan futbolçu yalnız Qurban Qurbanova lazım olmayacağı halda, paytaxt klubuna qayıdacaq.

“Köhlən atlar” Elvinə yeni müqavilə təklif etməsələr də, tərəflərin tezliklə masa arxasına əyləşməsi gözlənilir. Yunuszadə özü də ilkin variant kimi “Qarabağ”la danışıq aparmaq istəyir.

Qurbanovun komandasında müdafiəçi çatışmazlığı olduğundan Elvinin Çempionlar Liqasına hazırlaşan heyətdə qalmaq ehtimalı artıb.

 

Qeyd edək ki, Yunuszadəylə bağlı informasiyanı "Qarabağ" təsdiqləyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər