"Neftçi” bu gün Avstriya toplanışı çərçivəsində 3-cü sınaq oyununu keçirib. Fanat.Az xəbər verir ki, bakılılar “Herta”yla üz-üzə gəlib.
Oyun Bundesliqa təmsilçisinin darmadağınıyla yekunlaşıb. Berlinlilər "ağ-qaralar"ın qapısına 4 cavabsız top vurub.
Qeyd edək ki, “Neftçi” bu toplanış çərçivəsində daha öncə Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə gücünü sınayıb.
“Neftçi” – “Herta” - 0:4
Qollar: Darida, 2, İbişeviç, 9, 49, Essven, 65 (pen.)
“Neftçi”: Səlahət Ağayev, Məqsəd İsayev, Ruslan Abışov, Kirilo Petrov, Pavel Dreksa, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov, Derlis Meza Kolli, İqnasio Errera, Elnur Cəfərov, Daniel Seqoviya
“Herta”: 1. Tomas Kraft, 3. Per Skyelbred, 4. Karim Rekik, 6. Vladimir Darida, 8. Salamon Kalu, 10. Ondrey Duda, 11. Metyu Lekie, 15. Sebastian Lanqkamp, 19. Vedad İbişeviç, 21. Marvin Plattenhardt, 23. Miçel Vayser.
Fanat.Az