"Neftçi" sponsporsuz qala bilər - AÇIQLAMA

"Neftçi" sponsporsuz qala bilər - AÇIQLAMA

"Neftçi" sponsorsuz qalmaq təhlükəsi ilə üzləşib. Fanat.Az xəbər verir ki, Bakı klubunun "ASAN Xidmət"lə (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) olan müqaviləsi başa çatır.

"ASAN Xidmət"lə "Neftçi" arasında titul sponsorluğu ilə bağlı müqavilə 2015-ci ilin 16 oktyabrında imzalanmışdı. O dönəmdə "Nefti"nin icraçı direktoru Elnur Məmmədov idi. Müqavilə iki il üçün ənəzərdə tutulmuşdu və həmin vaxtdan klubun forması üzərində "ASAN Xidmət"in loqosu vurulurdu. 

"Neftçi" sponsporsuz qala bilər - AÇIQLAMA

"Neftçi"nin keçmiş icraçı direktoru Elnur Məmmədov və "ASAN Xidmət"in sədr müavini Ülvi Mehdiyev 

Tərəflər arasında mövcud müqavilə noyabrın 1-də başa çatacaq. Bəs ondan sonra necə olacaq? "Neftçi" "ASAN Xidmət"lə əməkdaşlığı davam etdirəcək, yoxsa yeni sponsor axtarışına çıxacaq? Bu suallarla "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Rüstəm Əfsərliyə müraciət etdik.

Klub rəsmisi "ASAN Xidmətlə müqavilənin başa çatmaq üzrə olduğunu bildirsə də, yeni sponsorla bağlı məlumatlı olmadığını dedi: "ASAN Xidmət"lə müqavilə mayın 1-də başa çatacaq. Böyük ehtimalla, formaların üzərində "ASAN Xidmət"in loqosu olmayacaq. Sponsorluqla bağlı danışıqlar gedir. Hələ ki, konkret bir şey yoxdu".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər