"Neftçi" Rəsul Çunayevi aldatdı

"Neftçi" Rəsul Çunayevi aldatdı

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib.

Fanat.Az yeniçağ.az-a istinadən xəbər verir ki, "Rio-2016" nın bürünc mükafatçısı "Neftçi İdman Klubu"ndan ayrılıb. Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu "Neftçi" İK-dən güləşçiyə "bugün-sabah" deyilsə də, vədə əməl edən olmayıb.

Aldadıldığını görən Çunayev "Neftçi" İK-dən ayrılmağa qərar verib. Məlumatı əməkdaşımızla söhbətində Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısının özü də təsdiqləyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər