"Neftçi" - "Herta" matçı canlı yayımlanacaq

"Neftçi" - "Herta" matçı canlı yayımlanacaq

Avstriya toplanışında olan "Neftçi”nin "Herta” ilə keçirəcəyi yoxlama oyunu canlı yayımlanacaq. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi ilə görüş “ağ-qaralar”ın rəsmi “Youtube” səhifəsi – "Neftçi” TV vasitəsilə göstəriləcək.

 

Avqustun 2-də keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

 

Qeyd edək ki, “Neftçi” Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə qarşılaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər