"Neftçi" Müşahidə Şurasından 2 cümləlik bəyanat

"Neftçi" Müşahidə Şurasından 2 cümləlik bəyanat

"Neftçi"nin Müşahidə Şurası bəyanat yayıb. Fanat.Az 2 cümləlik bəyanatı təqdim edir:

"Müşahidə Şurası "Neftçi” Peşəkar Futbol Klubunda baş verən struktur dəyişikliyini dəstəkləyir. Şura bu addımın klubun inkişafı üçün səmərəli olacağına inanır".

Qeyd edək ki, "Neftçi"də struktur dəyişikliyi edilib. Təsisçinin qərarı ilə “İcraçı direktor” vəzifəsi ləğv edilib, “Prezident” və “Vitse-prezident” vəzifələri təsis edilib. “Neftçi"nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər