"Neftçi" məşqçilərini cərimələyəcək- RƏSMİ

"Neftçi" məşqçilərini cərimələyəcək- RƏSMİ

Azərbaycan Premyer Liqasının son turunda “Zirə” ilə səfər qarşılaşmasında (2:2) legioner limitini pozan “Neftçi” texniki məğlubiyyətlə üzləşib. Fanat.Az xəbər verir ki, “ağ-qaralar” AFFA İntizam Komitəsinin qərarına münasibət bildirib.

 

Bakı təmsilçisi rəsmi saytında məşqçilər korpusunun cərimələnəcəyiylə bağlı məlumat yerləşdirib: “AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq və buna etirazımız yoxdu. Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə, əsas komandanın məşqçilər heyəti cərimələnəcək”.

 

Xatırladaq ki, oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Uqo Barqas buraxıldığına görə legioner limiti pozulub.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər