"Neftçi" Gəncəyə ciddi itkilərlə gedəcək

"Neftçi" Gəncəyə ciddi itkilərlə gedəcək

Aprelin 9-da səfərdə “Kəpəz”in qonağı olacaq “Neftçi” oyuna itkilərlə çıxacaq. Fanat.Az xəbər verir ki, Premyer Liqanın XXV turu çərçivəsində reallaşacaq matçda “ağ-qaralar”ın 2 futbolçusu forma geyə bilməyəcək.

 

“Sumqayıt”la çempionat oyununda sıradan çıxan müdafiəçi Pavel Dreksanın durumu bəlliydisə, yarımmüdafiəçi Kiril Petrov da komandasına kömək etməyəcək. O, “Qarabağ”la kubok matçında zədələnib.

 

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər