"Neftçi" fransız hücumçusunu sifariş etdi

"Neftçi" fransız hücumçusunu sifariş etdi

"Neftçi" son transferi Hüqo Barqası sifariş edib. Fanat.Az xəbər verir ki, fransız forvardın adı PFL-ə təqdim olunub.

30 yaşlı hücumçu "Neftçi"də 9 nömrəli formanı geyinəcək. Hüqo Barqas XVI turun "Qəbələ" ilə matçında meydana çıxa biləcək.

Qeyd edək ki, "Neftçi" Argentinalı əsilli fransalı hücumçunu Boliviyanın "Bolivar" klubundan transfer edib. O, əvvəllər Argentinanın "All Boyz”, Hollandiyanın "De Qraafşap”, "Zvolle”, İspaniyanın "Ximnastik”, Boliviyanın "Bluminq”, "Oriente Petrolero”, İtaliyanın "Kremoneze”, Ekvadorun "Deportivo Kuenka” klublarında çıxış edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər