"Neftçi" erməni İsraelyandan nə istəyir?- TƏFƏRRÜAT

"Neftçi" erməni İsraelyandan nə istəyir?- TƏFƏRRÜAT

Millimizin müdafiəçisi Pavel Paşayevin “Neftçi”yə keçmək məsələsi yenidən gündəmdədi. Fanat.Az-a verilən məlumata görə, Ukrayna “Stal”ının futbolçusu özü də Azərbaycan klubuna transfer olunmaqda maraqlıdı.

 

2016-cı ilin mayında Kamenskoye təmsilçisiylə ikiillik müqavilə bağlayan futbolçu hazırkı klubuyla olan sözləşməni (1 il) qarşılıqlı razılıq əsasında pozmağı bacarsa, xalq komandasına gələcək. Məlumatı verən mənbə Azərbaycan təmsilçisinin “Stal”a təzminat ödəməyə hazırlaşmadığını, bununla belə, arxa xətt oyunçusuna Ukraynada qazandığından 2 dəfə çox (!) maaş təklif etdiyini vurğulayıb.

 

Ukrayna klubunun erməni prezidenti Vardan İsraelyanın keçidə mane olmasıyla bağlı yayılan informasiyalar isə böyük ölçüdə həqiqəti əks etdirmir.  Bu məsələdə əsas sözü sahibi “Stal”ın belaruslu çalışdırıcısı Leonid Kuçukdu. Paşayev məhz onun təşəbbüsüylə Kamenskoye klubuna keçib.

 

Qeyd edək ki, bu ilin yanvarında “ağ-qaralar” Paveli rənglərinə bağlamağa cəhd etmiş, Kuçuk yaxşı qazanmaq fürsəti yaxalayan arxa xətt oyunçusunu Bakıya buraxmamışdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər