"Neftçi” Azərbaycan yığmasının "DÇ-2018"in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək, daha bir yoxlama görüşü keçirəcək.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” əvəzedici heyətləri ilə üz-üzə gələcəklər. Görüş sentyabrın 6-da keçiriləcək. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17.00-da start götürəcək.
Qeyd edək ki, “Neftçi” ilk yoxlama matçında MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.
Fanat.Az