"Neftçi" daha bir legioner futbolçusu ilə yollarını ayırıb. Fanat.Az klub saytına istinadən xəbər verir ki, xorvatiyalı qapıçı Krşevan Santini ilə müqaviləyə xitam verib.
Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Mövsümün əvvəlində transfer edilən Santini "Neftçi”nin heyətində 12 oyunda meydana çıxıb.
Qeyd edək ki, "Neftçi" daha öncə Denilson Pereyra, Dario Melnyak, Katalin Tira və Vançe Şıkovla müqaviləyə xitam verib.
Fanat.Az