"Neftçi" borclu olduğunu nə vaxt qaytaracaq?

"Neftçi" borclu olduğunu nə vaxt qaytaracaq?

Hazırda “Zaqatala”da idman direktoru vəzifəsində çalışan Bəxtiyar Musayev “Neftçi”nin ona borclu olduğu məbləği hələ də almayıb. Fanat.Az xəbər verir ki, Bakı təmsilçisində uzun müddət fəaliyyət göstərən sabiq yarımmüdafiəçiyə yeni vədlər verilib.

Belə ki, klub rəhbərliyi daha öncə vermək istəmədikləri məbləğin yaxın zamanlarda son qəpiyinədək qaytarılacağını deyib. Musayev bu haqda danışmaq istəməsə də, vəziyyətin bu yerdə olduğu dəqiqdi. Borc martda qaytarılacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər