"Neftçi" azarkeşlərə görə cəzalandı

"Neftçi" azarkeşlərə görə cəzalandı

Bu gün AFFA-nın Nizam İntizam Komitəsinin iclası keçirilib. 

Sport7.az xəbər verir ki, iclasda 21 dekabrda keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə olunub. 

"Zirə” – "Neftçi” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

AZAL – "Qəbələ” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Kəpəz” – "İnter” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər