"Neftçi" 45 dəqiqəyə 5 qol "yedi"

"Neftçi" 45 dəqiqəyə 5 qol "yedi"

Mahaçqalada keçirilən “Caspian Cup” turniri başlayıb. Fanat.az xəbər verir ki, bu yarışda Azərbaycanı “Qəbələ” və “Neftçi”nin U-14 komandaları təmsil edir.

 

B qrupunda mübarizə aparan “Neftçi” Gürcüstanın "Dinamo" (Tbilisi) komandasıyla üz-üzə gəlib. Gürcülər "ağ-qaralar"ı darmadağın edib - 1:5. İlk yarıda 5 dəfə oyuna mərkəzdən başlayan bakılılar ikinci hissədə təsəlli qoluna imza atıb.

 

Qrupun digər görüşündə “Anji” “Yunost”la 1:1 hesablı heç-heçəyə razılaşıb.

 

Bu gün “Qəbələ” “Ramzan”la, “Neftçi” isə “Yunost”la münasibətlərinə aydınlıq gətirəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər