"Neftçi”nin futbolçusu millidən kənarlaşdırıldı

"Neftçi”nin futbolçusu millidən kənarlaşdırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, Fəhmin Muradbəyli yığmanın düşərgəsini tərk edib.

Buna səbəb “Neftçi”nin yarımmüdafiəçisinin təlim-məşq toplanışına zədəli qoşulmasıdı. Fəhmin həkim müayinəsindən sonra yığmanın düşərgəsindən ayrılıb.

Qeyd edək ki, “Neftçi”nin digər oyunçuları Ruslan Abışov və Namiq Ələsgərov da eyni səbəbdən əsas yığmadan ayrılıblar.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər