"Neftçi” “Səbail”ə uduzdu

"Neftçi” “Səbail”ə uduzdu

“Neftçi”nin əvəzedici heyəti təlim-məşq toplanışını davam etdirir. Fanat.Az xəbər verir ki, gündə iki dəfə məşq edən komanda hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

 

“Bayıl Arena”da baş tutmuş görüşdə əvəzedicilər “Səbail” klubu ilə qarşılaşıb. Birinci divizion təmsilçisinə 1:3 hesabı ilə məğlub olduqları oyunda “ağ-qaralar”ın qolunu Kənan Mirzəliyev vurub.

 

Qeyd edək ki, “Neftçi”nin əvəzediciləri təlim-məşq toplanışı çərçivəsində yanvarın 15-də “Şərurspor”, 18-də “İnter” (əvəzedicilər), 21-də isə “Şahdağ” (Qusar) klubu ilə qarşılaşacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər