"Monako" - "Qarabağ" oyununu kim idarə edəcək?

"Monako" - "Qarabağ" oyununu kim idarə edəcək?
Avropa Liqasının "Monako" (Fransa) - "Qarabağ" matçının təyinatları açıqlanıb. Fanat.az хəbər verir ki, UEFA oyunu danimarkalı hakimlərə tapşırıb.
Görüşün baş hakimi Yakob Kehlet olacaq. Ona Henrik Larsen və Heyne Sörensen yardım edəcək. Mifael Tikqaard və Yens Maae oyuna əlavə köməkçi hakimlər kimi təyin alıb. 4-cü hakim funksiyasını Lars Hummelqaard yerinə yetirəcək.
Oyunun hakim-inspektoru Gilfi Tor Orrason (İslandiya), UEFA nümayəndəsi Con Teylor (Şotlandiya) olacaq.
Qeyd edək ki, oktyabrın 22-də Monakodakı "II Lui" stadionunda baş tutacaq "Monako" - "Qarabağ" oyunu Bakı vaхtı ilə saat 22.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər