"Məyusam, biz "Liverpul"dan daha yaxşıydıq" - Mikel Arteta

"Məyusam, biz "Liverpul"dan daha yaxşıydıq" - Mikel Arteta

İngiltərə Premyer Liqasının (İPL) 9-cu turu çərçivəsində dünən keçirilən matçda öz meydanında "Liverpul"la heç-heçə edən (2:2) "Arsenal"ın baş məşqçisi Mikel Arteta oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "topçular"ın mətbuat xidməti onun sözlərini belə çatdırıb:

"Düşdüyümüz durumu da nəzərə alsaq, komanda ilə fəxr edirəm. İlk yarıda dominant futbol sərgilədik. Çox yaxşı oynayır, iti hücumlar qurur, effektiv və qərarlı görünürdük. Nəticə daha yaxşı olmalıydı. Onlara iki top hədiyyə etdik. Ən üzücü məqam budur. Qalib gələ bilmədiyimiz üçün məyusam, biz "Liverpul"dan daha yaxşıydıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər