"Mənə dedi ki, narahat olma" - "Qarabağ"ın yeni transferi

"Mənə dedi ki, narahat olma" - "Qarabağ"ın yeni transferi

"Burada hər şey çox gözəldi. Azərbaycanda başqa mədəniyyət hökm sürür. Bakıda yaşayıram. Burada hava çox istidi. Bu şəhər müəyyən mənada Dubaya oxşayır". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Raydell Pupon deyib.

Hollandiyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ"a keçidindən danışıb: "Qarabağ"a keçmək mənim üçün yaxşı bir imkan idi. Bu imkanı əldən verməməyə qərar verdim. Üstəlik, yaxınlarım da mənim qərarımı dəstəklədilər".

Raydell Çernoqoriyanın "Rudar" klubu ilə ilk oyunla bağlı da fikir bildirib: “Rudar”la ilk görüşdə meydanda dominantlıq edən tərəf “Qarabağ” idi. Bakıdakı oyunda qonaqların bir qol imkanı belə, olmadı. “Qarabağ” hər şeyi etdi, ancaq qol vurmağı bacarmadı. İki komanda arasındakı fərq dərhal hiss olunurdu. İndi komandamızı cavab oyunu gözləyir. Baş məşqçimiz məni bu görüşdə oynadıb-oynatmamaqla bağlı qərarını verməyib. “Rudar”la qarşılaşma mənim üçün əla debüt olar. Əgər baş məşqçi şans versə, Çempionlar Liqasında da debüt oyunumu keçirmiş olacam. Bu mənim arzumdu”.

Pupon həmyerlisi Ruben Şakenin “İnter” klubunda maaşla bağlı üzləşdiyi vəziyyətlə qarşılaşacağından narahat deyil: “Bu barədə qorxum yoxdu. Leroy Corc da əvvəl “Qarabağ”da çıxış edirdi. Onunla bu barədə danışmışam. Dedi ki, narahat olma”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər