"Mançester Yunayted" Raşfordu bu qiymətə satır

"Mançester Yunayted" Raşfordu bu qiymətə satır

"Mançester Yunayted" gələn ay satmaq istədiyi Markus Raşforda qiymət qoyub. 

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Mənbə "qırmızı şeytanlar"ın adı son oyunlarının iştirak ərizəsinə salınmayan 27 yaşlı hücumçu üçün 60 milyon avro tələb etdiyini vurğulayıb. Xəbərə görə, Raşfordla "Barselona"dan başqa, "Napoli", PSJ, "Əl-Nəsr", "Əl-Hilal" və "Əl-Əhli" də maraqlanır.

Cari mövsüm İngiltərə Premyer Liqasında 15 matça çıxan Raşford 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər