"Ludoqorets"in futbolçusu "Qarabağ"la oyun barədə nə düşünür?

"Ludoqorets"in futbolçusu "Qarabağ"la oyun barədə nə düşünür?

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün Bakıda "Qarabağ"la qarşılaşacaq "Ludoqorets"in (Bolqarıstan) müdafiəçisi Olivye Verdon təmsilçimizlə oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Topsport.bg" onun sözlərini belə çatdırıb:

"Həmişə ən yaxşı nəticə qələbədir. Bilirik ki, cavab qarşılaşması Razqradda keçiriləcək. Qələbə və ya heç-heçə bizim üçün yaxşı nəticə olacaq. Bundan sonra ev oyununda öz işimizi görə bilərik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun start fiti 20:00-da səsləndiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər