"Liverpul"dan sürpriz transfer

"Liverpul"dan sürpriz transfer

"Liverpul" klubu hücum xəttini canlandırmaq üçün yay transfer pəncərəsində "Hoffenhaym"ın 20 yaşlı vingeri Bazoumana Tureni heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, klub skautları gənc futbolçunun Kot-d'İvuar millisinin heyətində Şotlandiyaya qarşı keçirdiyi yoldaşlıq oyununu yaxından izləyiblər.

Maraqlıdır ki, klub rəhbərliyi Tureni Mo Salahın birbaşa əvəzləyicisi kimi deyil, komandanın hücum potensialını artıracaq perspektivli oyunçu kimi görür.

İvuarli vingerin bu mövsüm Bundesliqada göstərdiyi performans Mersisayd təmsilçisinin marağını ciddi şəkildə cəlb edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər