Topaz Premyer Liqasında XIX tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İlk görüşdə ötən mövsümün mükafatçıları üz-üzə gəlib. Paytaxt derbisində “İnter”lə “Zirə” qarşılaşıb. 3-cü pillədə möhkəmlənən Zaur Svanadzenin yetirmələri cari mövsüm iki dəfə bərabərə qaldığı rəqibini yenməyə iddialı olsa da, ənənə pozulmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb. Hesab 40-cı dəqiqədə açılıb. Denis Silvanın avtoqolu "Zirə"ni sevindirib. 47-ci dəqiqədə "İnter" Rauf Əliyevin bərabərlik qoluna sevinsə də, qələbə qolunu vurmağa gücləri çatmyıb. 74-cü dəqiqədə "Zirə"nin qapıçısı Anar Nəzirov meydandan qovulub.
Daha sonra Azərbaycan futbolunun ən köklü derbisi baş tutub. Ən zəngin tarixə malik iki komanda - “Neftçi” və “Kəpəz” paytaxtda üz-üzə gəlib. Turnir cədvəlinin aşağılarında qonşu olan komandalar əbədi derbiyə fərqli durumda çıxıb. Qış fasiləsində yenilənən Elxan Abdullayevin komandası ardıcıl 3-cü qələbəsini qazanmaq, Şahin Diniyevin başçılıq etdiyi qərblilər isə 5 matçlıq məğlubiyyət seriyasına son qoymaq niyyətində idi. Amma tərəflərdən heç birinin istəyi baş tutmayıb - 0:0.
Qeyd edək ki, tura sabah keçriləcək iki oyunla yekun vurulacaq. "Sumqayıt" AZAL-ı, "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XIX tur
18 fevral
İnter - Zirə 1:1
Qollar: Rauf Əliyev, 47 - Denis Silva, 40.
İnter: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 4. Slavik Alxasov, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 33. Tərlan Quliyev, 17. Abbas Hüseynov, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
Zirə: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Nurlan Novruzov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 92. Cavid Tağıyev.
Baş məşqçi: Ayxan Abbasov.
Qırmızı vərəqə: Anar Nəzirov, 74.
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Kərim Ağayev.
“İnter Arena”.
Neftçi - Kəpəz 0:0
Neftçi: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski, 8. Zdenek Folprext, 12. Daniel Seqoviya, 15. Ruslan Abışov (k), 11. İqnasio Errera Fernandes, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov.
Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 17. Rəhman Hacıyev, 9. Uqo Barqas, 80. Edson Kastilya, 26. Kamal Qurbanov, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli.
Baş məşqçi: Elxan Abdullayev.
Kəpəz: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 17. Nicat Qurbanov, 10. Dario Federiko, 19. Orxan Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 7. Vüqar Bəybalayev, 6. Ceyhun Cavadov, 68. Əli Nuri, 15. Azad Kərimov, 77. Serjio Kosta, 9. Tural Qürbətov.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Bakcell Arena”.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 18 | 13 | 3 | 2 | 32:8 | 42 | |
| 2 | Qəbələ | 18 | 11 | 6 | 1 | 36:10 | 39 | |
| 3 | İnter | 19 | 8 | 9 | 2 | 30:19 | 33 | |
| 4 | Zirə | 19 | 6 | 5 | 8 | 17:21 | 23 | |
| 5 | Sumqayıt | 18 | 5 | 7 | 6 | 19:23 | 22 | |
| 6 | Neftçi | 19 | 5 | 2 | 12 | 14:33 | 17 | |
| 7 | Kəpəz | 19 | 3 | 7 | 9 | 12:22 | 16 | |
| 8 | AZAL | 18 | 1 | 5 | 12 | 8:32 | 8 | |
| Bombardirlər | Filip Ozobiç (Qəbələ) - 10. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter)- 7. | |||||||
Fanat.Az