"Kəpəz" “Qarabağ” üçün başladı

"Kəpəz" “Qarabağ” üçün başladı
Noyabrın 14-də yoxlama oyunu çərçivəsində AZAL-la qarşılaşan “Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Fanat.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının XIII turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır.
“Sarı-göylər”in bu günkü məşqi “Dalğa Arena”da reallaşıb. Hazırlıq planına əsasən, “Kəpəz” noyabrın 17, 18 və 19-da məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Ağdam klubu ilə oyun öncəsi sonuncu hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər