"İstəmirəm ki..." - Rafinya arzusunu dilə gətirdi

"İstəmirəm ki..." - Rafinya arzusunu dilə gətirdi

"Barselona"nın braziliyalı vinferi Rafinya komandadakı durumundan və planlarından danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:

"Mənim 28 yaşım var. İndiyədək çox klublarda olmuşam. Bundan sonra başqa yüksək səviyyəli klubda oynayıb-oynamayacağımı bilmirəm. Hədəfim burada mümükün qədər çox qalmaqdır. Bunun üçün bütün gücümlə çalışacam. Klub, baş məşqçi və futbolçular üçün vacib oyunçu olmaq istəyirəm. Daha belə olmadığını anlayanda yeni nəsə fikirləşəcəm. 

Hazırda özümü vacib sayıram. Bu mənə özünəinam verir və işimi lazımınca görməyimə yardımçı olur. Burada olan bütün braziliyalılar öz tarixlərini yazıblar. Mən də öz tariximi özüməməxsus şəkildə yazmaq istəyirəm. İstəmirəm ki, Rafinyanın kiməsə bənzədiyini desinlər. Yaddaşlarda bu forma üçün hər şeyini verən, çox çalışan bir insan kimi qalmağı arzulayıram".

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər