"İmişli"nin Məhəmməd Salah arzusu

"İmişli"nin Məhəmməd Salah arzusu

Səbrsizliklə gözlədiyimiz futbol mövsümü başlayıb. Söhbət  Almaniya, İspaniya, İngiltərə və sair ölkələrin çempionatından getmir. Vurğuladığım məhz yerli liqamızdır. 

Niyə səbirsizliklə gözlədiyimiz?

Nəhayət ki, uzun illərdən sonra  Premyer Liqa “sakinlər”inin sayı 12-yə çatdı. Bu il yüksək liqaya vəsiqə qazanmış komandaların davranışı, transfer siyasəti, idarəçiliyi çoxları kimi, şəxsən mənə də maraqlıdır. 

Başlayaq elə “İmişli”dən...

Düzünü deyim ki, ilk turda aran təmsilçisi hər kəsi təəccübləndirməyi bacardı. “Turan Tovuz”a son saniyələrə qədər can verməyən debütant təcrübəsizliyin qurbanı oldu. Açığı, Kaşkiliyadan bu qədərini gözləmirdim. İlk tur olsa da, “diş”ini göstərməyi bacardı. Könül istər ki, bölgə təmsilçimiz yorulmasın, son turlara qədər rəqiblərinə başağrısı olsun. Söhbətin bu yerində qaplan loqolu klubumuza uğurlar diləyib, yazımın məğzinə keçid edirəm. “İmişli” – “Turan Tovuz” duelini dostlarla TV-dən izlədim. Sonda yoldaşların “oyun boyu niyə gülümsəyirdin” suallarından bu yazının “xəmiri yoğruldu”.  Deməli, mərhum Fuad Musayev AFFA-nın prezidenti olarkən ona Elçin Dərgahquliyev adında futbolçu təklif edirlər. Fuad müəllimin cavabı isə qısa və konkret olub: “Kakaya ne futbolnaya familya”. Həmkarımız Ramiz Mirzəzadənin  ifasında  şərh olunan oyunda isə tam əksinə, “İmişli”nin heyətindəki “futbolnıe familii” gülümsəmə səbəbim idi. Artıq beynimdə lətifə konturlarının çızma-qarası gedirdi. 

Lətifə 

Gəzən söz-söhbətlərə inansaq, “İmişli”yə heyət formalaşdırmaqda, hətta Kaşkilyanın gətirilməsində digər klubumuzun menecer-prezidenti (bundan sonra menecer) yardımçı olub. Əslində, ən gülməlisi budur. Nə isə... Sözügedən menecer “İmişli”dən olan həmkarına: - Kamran, yaxşı futbolçular var əlimdə. - Sən deyirsənsə, deməli yaxşıdı. - Yaxşı nədi e... Super! Adlara bax e, Ronaldo, Almeyda, Juninyo, Sinenka. - Sinenka? - Hə, Panenka vardı e, bu ... - Ay daa, əla. Gələrlər bura? - Mənlikdi, brat!  - Var olasan! Brat, bir arzum da var. Ölləm e o futbolçudan sarı. - Kimi deyirsən? Həll edək dəə. - Məhəmməd Salah! - Hmm... Onu ancaq “Temu”dan sifariş edə bilərsən. Mənim əlaqəm yoxdu. Sifariş etsən də, diqqətli ol ha. Onlardan “XXXL” köynək sifariş edirsən, “Klyanus” “L” gəlir.  - ... (Gülür) Ta o qədər yox daa. Narahat olma, Salahı gətirmək mənlikdi. “Tı je menya znaeş”.

Və 19 gün sonra

 

Əli Sahib  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər