"İmişli"nin hücumçusunun digər Azərbaycan klubuna keçidi reallaşdı

"İmişli"nin hücumçusunun digər Azərbaycan klubuna keçidi reallaşdı

"İmişli"dən ayrılan hücumçu İbrahim Əliyevin karyerasını harada davam etdirəcəyi dəqiqləşib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu mövqelərində çıxış edən futbolçu gözlənildiyi kimi, 1-ci Liqa təmsilçisi "Şəfa"ya keçib.

Bakı klubunun baş məşqçisi Elgiz Kərəmli keçidi təsdiqləyib.

Qeyd edək ki, 26 yaşlı İbrahimin "İmişli" ilə müqaviləsinin müddəti 2026-cı gələn ilin yayına qədər nəzərdə tutulmuşdu. Cari mövsüm Premyer Liqada 9 matçda cəmi 89 dəqiqə oynayan futbolçu məhsuldar göstəriclərlə yadda qalmayıbsa, Bizon Azərbaycan Kubokunda 2 qarşılaşmada 1 qola imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər