"İmişli"nin daha 4 rəqibi bilindi - "Qarabağ" da var

"İmişli"nin daha 4 rəqibi bilindi - "Qarabağ" da var

"İmişli"nin növbəti mövsümə hazırlıq çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha bir neçəsinə aydınlıq gəlib. 

Bu barədə Fanat.Az-a Premyer Liqa təmsilçisinin yeni baş məşqçisi Fərid Namazov məlumat verib.

"Bildiyiniz kimi, ilk oyunu klubumuzun U-19 komandasına qarşı keçirdik. Ayın 17-də "Şəfa" ilə görüşəcəyimiz öncədən bəlli idi. Digər oyunlara gəlincə, iyulun 21-də "Qarabağ"ın əvəzedici komandası, 24-də isə "Araz-Naxçıvan"la qarşılaşmağı planlaşdırırıq. Ayın 28-i üçün hələ rəqib tapmamışıq. Ayın 31-də "Qəbələ",  avqustun 3-də isə "Sumqayıt"la qarşılaşacağıq. İyulun 28-i və avqustun 3-ü aralığındakı 3 matç Qəbələ toplanışı çərçivəsində baş tutacaq".

Qeyd edək ki, "İmişli" ötən mövsüm çempionatı 9-cu pillədə başa vuraraq elitada qalmağı bacarıb. Ancaq portuqaliyalı Jorje Kaşkilya baş məşqçi vəzifəsindən göndərilib və onu, komandanı Premyer Liqaya çıxaran Fərid Namazov əvəzləyib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər