"İmişli"nin baş məşqçisi müəyyənləşdi - RƏSMİ

"İmişli"nin baş məşqçisi müəyyənləşdi - RƏSMİ

"İmişli" klubu baş məşqçi postuna Fərid Namazovu təyin edib.

Fanat.Az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Fərid Namazov "İmişli"yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər