"İmişli" "Benfika"nın yetirməsi ilə gücləndi - RƏSMİ

"İmişli" "Benfika"nın yetirməsi ilə gücləndi - RƏSMİ

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi portuqaliyalı futbolçu Dioqu Kardosu ilə anlaşıb. 23 yaşlı mərkəz hücumçusu artıq “İmişli”nin şərəfini qoruyacaq. Klub futbolçu ilə 2 il 6 aylıq müqavilə bağlayıb.

Dioqo Premyer Liqa klubuna Portuqaliyanın “1 Dezembro” klubundandan transfer edilib. Bununla yanaşı, o, “Portimonense” U-23 komandasının formasını geyinib. Futbolçu eyni zamanda Benfika Akademiyasının yetirməsidir.

Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitoriya” U-19 komandalarında çıxış edən Kardozu güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.

Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitória” U-19 komandalarında çıxış edən Kardosu güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.

Hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər