"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

Növbəti mövsümə hazırlıqlarını paytaxtda davam etdirən "İmişli" təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.

Fanat.Az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 2-ci Liqanın debütantı "Marafon"u sınağa çəkəcək.

Oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq və səhər saat 10:30-da başlayacaq.

Qeyd edək ki, "İmişli" hazırlıq dövründə indiyədək keçirdiyi 7 yoxlama görüşündə klubun U-19 komandasını (6:0), "Qarabağ"ın əvəzedicilərini (5:1), "Sumqayıt"ı (4:1) üstələyib, "Şəfa" (2:2), "Karvan Yevlax" (1:1), "Araz-Naxçıvan" (2:2) və "Qəbələ" ilə (2:2) bərabərə qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər