"Həmin vaxtdan "Neftçi"ni tanıyıram"- xorvat futbolçu

"Həmin vaxtdan "Neftçi"ni tanıyıram"- xorvat futbolçu

“Əlbəttə, "Neftçi” barədə məlumatım var idi. Yaşadığım şəhər Zaqrebi təmsil edən "Dinamo” bir neçə il öncə Çempionlar Liqasının təsnifat mərhələsində bu komandayla qarşılaşmışdı. Həmin vaxtdan "Neftçi”ni tanıyıram”. Fanat.Az xəbər verir ki, bunu “Neftçi”nin 22 yaşlı xorvat legioneri Mateo Mujek deyib.

 

"Ağ-qaralar"ın yeni transferi klubun televiziyasına açıqlama verib: “Texniki cəhətdən çox yüksək bir kollektivimiz var. Bu komanda əvvəl çıxış etdiyim çempionatdan daha yüksək səviyyədə olan Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda yoldaşlarım çox yaxşıdılar və heç vaxt köməklərini məndən əsirgəmirlər. Buna görə də məni hər şey qane edir. Hazırda "Neftçi”dəyəm və yalnız bunu düşünürəm. Gələcəkdə isə nə olacağına baxarıq”.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər