İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda 0:4 hesabı ilə uduzduğu "Atletiko Madrid"i dünən öz meydanında darmadağın etməsinə (3:0) rəğmən, mübarizəni dayandıran "Barselona"nın vingeri Rafinya cavab matçından sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 45+5-ci dəqiqədə komandasının qollarından birini vuran braziliyalı futbolçunun sözlərini "Movistar" belə çatdırıb:
"Çətin oyun olacağı bəlli idi. Dörd qolun əvəzini çıxmaq demək olar ki, mümkün deyil. Komandamızla fəxr edirəm, bütün gücümüzü meydanda qoyduq. Əlbəttə, məyusuq, çünki finala yüksəlmək istəyirdik. Finalı oyunumuzla haqq edirdik, amma "Atletiko"ya da hörmət etməliyik. Onlar etibarlı müdafiə ilə diqqət çəkdilər".
Toğrul