"Fənərbaxça"nın əvəzinə Avropa Liqasının qrupunda"Qarabağ"?

"Fənərbaxça"nın əvəzinə Avropa Liqasının qrupunda"Qarabağ"?
UEFA prezidenti Mişel Platini "Fənərbaxça"nın avrokuboklardan uzaqlaşdırılmasına münasibət bildirib. Fanat.az xəbər verir ki, qurum rəhbəri Türkiyə təmsilçisini Avropa Liqasında hansı klubun əvəzləyəcəyinin hələ bilinmədiyini deyib.
Platini "Fənərbaxça"nın əvəzinə Avropa Liqasında Türkiyə klubunun iştirak etməyəcəyini bildirib: "Bununla bağlı bu gün toplantımız olacaq. Orda "Fənərbaxça"nın yerinə Avropa Liqasına gedəcək klub müəyyənləşəcək. Bunun türk klubu olacağını düşünmürəm".
Xatırladaq ki, UEFA-nın Avropa Liqasının qrup mərhələsinə mübarizəni dayandırmış ən yaxşı nəticələri göstərən klublardan birini buraxacağı deyilir. Həmin klub bu il turnirdə 5 qələbə qazanıb 1 heç-heçə edən "Qarabağ" da ola bilər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər